Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçdi

Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçdi
Sosial 1397
 

2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimalını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sentyabrın 15-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

BAKU.WS xəbər verri ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ilk dərs günü xüsusən də səhər saatlarında paytaxt yollarında yarana biləcək avtomobil sıxlığının qarşısını almaq, avto nəqliyyat vasitələrinin təhlükəsiz və intensiv hərəkətini təmin etməkdir. Bunun üçün paytaxtın küçə və prospektlərinə, xüsusən də ali və orta təhsil müəsissələrinin yerləşdiyi ərazilərə nəzarət gücləndiriləcək. Bu ərazilərdə avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün svetaforlarda "yaşıl dalğa" tədbiq ediləcək. 

Bununla yanaşı səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəsissələrinə, iş yerlərinə vaxtında rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. Göstərişə əsasən sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır. 

Bakı Nəqliyyat Agentliyi həmçinin sürücülərdən xahiş edir ki, təhsil müəsissələrinə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsi qaydalarına və sürət həddinə ciddi əməl etsinlər.

ƏLİ 

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!

Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!

Bakı yollarında avtomobillərini qanunsuz park edərək tıxaca səbəb olan sürücülərə qarşı mübarizə gücləndirilib. Nazirlər Kabineti yanından Bakı Nəqliyyat Agent...

2813 Sosial 11:06 08 sentyabr 2016

Son xəbərlər