Bakının mərkəzi küçələri film çəkilişinə görə bağlandı
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə daxil olan xəbərə görə, bununla əlaqədar əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırılır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Eyni zamanda, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq.
Avqustun 25-i və 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlərin aparılması nəzərdə tutulub.
BAKU.WS
Oxşar xəbərlər
6 küçəyə giriş qadağan edildi - SİYAHI
Yasamal rayonunun keçmiş "Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar 05.08.2016-cı il tari...