Bakının tıxac probleminin həlli üçün unikal addım
"Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasına başlanıldı. İlk belə mərkəz metronun "Koroğlu" stansiyası yaxınlığında yaradılıb".
BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli bu gün keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşurut avtobuslarının şəhər mərkəzinə girişi məhdudlaşdırılıb.
BNA direktoru qeyd edib ki, sərnişinlərin bu arada şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir: "Artıq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə "Avtovağzal", "Dərnəgül", "28 May" metro stansiyaları və "Lökbatan dairəsi" ətrafında da Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub".
Şahin Həbibov
Oxşar xəbərlər
Nəqliyyat Agentliyi monitorinq keçirdi: Ciddi nöqsanlar aşkarlandı - FOTO
İctimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş gəlişinin daha da yaxşılaşdırılması məqsədilə Bakı N...