Nəqliyyat Agentliyi monitorinq keçirdi: Ciddi nöqsanlar aşkarlandı - FOTO

Nəqliyyat Agentliyi monitorinq keçirdi: Ciddi nöqsanlar aşkarlandı - FOTO
Sosial 1573

İctimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş gəlişinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindfən monitorinq keçirilib. 

BAKU.WS xəbər verir ki, "Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzində keçirilən monitorinqdə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak edib. 

Monitorinq çərçivəsində NMM-ə daxil olan marşrut xətti üzrə avtobuslara baxış keçirilib və sərnişindaşımada istifadə edilən avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. 

Bununla yanaşı bir sıra avtobuslarda sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı ayrılıqda aktlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib. Bir daha daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edilib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək. 

ƏLİ

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər