Bakıda avtobus sürücüləri təqib olunacaq
Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslarda müşahidə kameraları quraşdırılır. Artıq bəzi avtobuslarda kameraları görmək mümkündür.
Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az-a bildirib ki, avtobuslarda kameralar Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, marşrut sahiblərinin təşəbbüsü ilə quraşdırılır.
""Baku Bus” öz təşəbbüsü ilə xəttə buraxılan avtobuslarına kameralar quraşdırıb. Amma Bakı Nəqliyyat Agentliyi tərəfindən digər avtobuslara kameraların quraşdırılması ilə bağlı hər hansı təlimat verilməyib”,- deyə Nuridə Allahyarova bildirib.
Qeyd edək ki, təkcə şəhəriçi deyil, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslara da kameraların quraşdırılması nəzərdə tutulub. Artıq "Qaraçuxur” istiqamətində işləyən 81 saylı marşrut avtobusunda müşahidə kameraları quraşdırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda tıxac probleminə son qoyulur
Bakı Nəqliyyat Agentliyi avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi yolda tıxacın qarşısının alınması üçün yeni layihıyı start verib. Bu barədə BAKU...