Süd və süd məhsulları alarkən DİQQƏTLİ OLUN - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Təmiz və qatqılı qidalar eyni piştaxtaya qoyulur. Söhbət süd məhsullarından gedir. Marketlərdə belə qidalar yanaşı satılır ki, bu da istehlakçıların seçim etmələrində çətinliklər yaradır. Yəni qatqısız və qatqılı süd məhsulları alıcılara eyni piştaxtada təklif olunur.
BAKU.WS xəbər verir ki, Azərbaycan Südçülər Asossasiyasının sədri Samir Eyyubovun "Xəbər TV"-yə bildirdiyinə görə, istehlakçıların qatqılı və ya qatqısız südü adi qaydada müəyyən etmələri mümkün deyil. Xüsusilə, üzərində tərkibi göstərilməyən məhsullarda bu problem daha çox olur.
Samir Eyyubov deyir ki, alıcılar belə qidaları alarkən tərkibini diqqətlə oxumalıdılar. Açıq şəkildə satılan süd məhsulların danistifadə isə tövsiyə edilmir.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva isə deyir ki, xüsusi risq qrupuna daxil edildiyi üçün qatqılı süd məhsullarının satışına yalnız müvafiq yoxlamalardan sonra icazə verilir.
Agentlik rəsmisi həmçinin bildirir ki, qanunda qatqılı və qatqısız süd məhsullarının satış şəbəkələrində hər hansı təsnifat üzrə qruplaşdırılaraq yerləşdirilməsi tələbi mövcud deyil.
Oxşar xəbərlər
Azərbaycan şirkətləri niyə yerli fermerlərdən süd almır?
Ötən il Azərbaycan xaricdən 17 min 649 ton süd və qaymaq (o cümlədən çürümüş, qıcqırdılmış, toz halında, yoqurtdan başqa) tədarük edib. Bunun 5 min 792 tonu Rus...