SOCAR tərəfdaş şirkətlərlə sənaye təhlükəsizliyi üzrə təcrübə mübadiləsi apardı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Uzbekneftegaz" SC, "KazMunayGaz" SC və "Tatneft" PJSC şirkətlərinin nümayəndələri ilə birgə SOCAR-ın istehsalat müəssisələrindən biri olan Karbamid zavodunu ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə "SOCAR Downstream" məlumat yayıb.
Bildirilib ki, ötən ilin martın 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Uzbekneftegaz" SC, "KazMunayGaz" SC və "Tatneft" PJSC arasında sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığa dair imzalanmış Memorandum çərçivəsində təcrübə mübadiləsi davam etdirilir.
Qeyd edilib ki, memorandumun müddəalarına uyğun olaraq, şirkətlər arasında nəzərdə tutulan təcrübə mübadiləsi 2025-ci il ərzində uğurla həyata keçirilib və planlaşdırılan bütün tədbirlər icra olunub.
Vurğulanıb ki, əməkdaşlığın davamı olaraq, tərəfdaş şirkətlərin nümayəndələri fevralın 4-də SOCAR-ın istehsalat müəssisələrindən biri olan Karbamid zavodunu ziyarət ediblər. Ziyarət çərçivəsində qonaqlara zavodun fəaliyyəti haqqında ümumi məlumat verilib, rəqəmsal həllər, sənaye və ekoloji təhlükəsizlik, əməyin mühafizəsi və sağlamlıq sahəsində tətbiq olunan qabaqcıl təcrübələr təqdim olunub.
"Görüş zamanı bu istiqamətlər üzrə ətraflı müzakirələr aparılıb, təcrübə və bilik mübadiləsi həyata keçirilib. Tərəflər sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bu bürclər xəyanət etmələri ilə tanınır
Astrologiya üzrə mütəxəssislər bəzi bürclərin münasibətlərdə daha çox xəyanətə meylli olduğunu bildirirlər. Onların sözlərinə görə, bu xüsusiyyət bürclərin xara...