SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Qırğızıstan enerji və sənaye sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində SOCAR-ın vitse-prezidenti Anar Məmmədov ilə Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev arasında görüş keçirilib.
Görüşdə "SOCAR Downstream" şirkətinin nümayəndələri, Qırğızıstan hökumət və dövlət qurumlarının üzvləri, eləcə də biznes strukturlarının təmsilçiləri iştirak ediblər.
"Müzakirələr zamanı enerji, sənaye, nəqliyyat və digər prioritet sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Bu bürclər xəyanət etmələri ilə tanınır
Astrologiya üzrə mütəxəssislər bəzi bürclərin münasibətlərdə daha çox xəyanətə meylli olduğunu bildirirlər. Onların sözlərinə görə, bu xüsusiyyət bürclərin xara...