"SOCAR Hackathon 2025"in rəsmi tərəfdaşı məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Microsoft" şirkəti "SOCAR Hackathon 2025" tədbirinə rəsmi tərəfdaş kimi qoşulur.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, "Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
Münsiflər heyətində təmsil olunacaq "Microsoft" tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq, ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlik qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək.
Bunla yanaşı, "Microsoft" "Hackathon" üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək.
"Microsoft" şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi ekosistem qurmaq öhdəliyimizi daha da möhkəmləndirir.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...