“SOCAR” Gürcüstanda daha 19 məscidi pulsuz qazla təmin edəcək

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) ilə "SOCAR Georgia” şirkəti Gürcüstandakı daha 19 məscidin pulsuz olaraq təbii qazla təmin olunması barədə razılığa gəliblər.
BAKU.WS Azadlıq.info-ya istinadən xəbər verir ki, GMİ-nin sədri Ramin İgidov "SOCAR Georgia” 2016-cı ilin sonunadək Gürcüstanda digər dinlərə məxsus məbədlərlə yanaşı 20 məscidi də təmənnasız olaraq təbii qazla təmin edildiyini bildirib. Bu ildən etibarən isə həmin siyahıya daha 19 məscid əlavə olunacaq. Bununla da Gürcüstanda "mavi yanacaqla” təmənnasız təmin olunan məscidlərin sayın 39-da çatacaq.
R.İgidov bu xeyirxah addımına görə, GM adından Azərbaycan dövlətinə, SOCAR-a və şirkətin Gürcüstan nümayəndəliyinə minnətdarlığını bildirib.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
SOCAR-dan qazın qiyməti ilə bağlı AÇIQLAMA
SOCAR prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı mü...
