Sakinlərə şad xəbər: Günün sonuna qədər istilik tam bərpa olacaq
"Azəristiliktəchizat" ASC "Azəriqaz" İstehsalat Birliyi qarşısında yaranmış öhdəliyini yerinə yetirməyib, lakin hökumətin qərarına əsasən, ASC-nin qazanxanalarına qaz verilişi bu gündən bərpa olunacaq.
BAKU.WS-in məlumatına görə, bunu "APA-Economics"ə açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib. "Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu ödəməyib, amma borcun ödənilməsi ilə bağlı müvafiq razılıq əldə olunub. Bilirsiniz ki, biz "Azəristiliktəchizat"ın az miqdarda borcu olan qazanxanalarını qazla təmin edirdik. Bu günün sonunadək isə bütün qazanxanalar qazla təmin olunacaq", - deyə İ. Kərbəlayev bildirib. BAKU.WS
Oxşar xəbərlər
Bakının istilik problemi həll olundu
Azərbaycan Respublikası Hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi və "Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələ...