Noyabrın 15-dən Bakıda ilk dəfə 500 binaya istilik veriləcək

Noyabrın 15-dən Bakıda ilk dəfə 500 binaya istilik veriləcək
Sosial 1170

Bu il qışqa Bakıda bütün evlər isti olacaq. "Azəristiliktəchizat” ASC-nin balansında olan bütün yaşayış binaları istilik sistemlərilə tam təmin olunub.

Bu barədə ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, bu il Bakıda 125 bina istilik sisteminə qoşulub. 12 yeni istilik qazanxanası tikilib. Baxmayaraq ki, rəsmi olaraq qış fəsli noyabrın 15-dən başlayır, artıq "Azəristiliktəchizat” ASC qabaqlayıcı tədbirlər görüb. "Bakıda 3600 yaşayış binasına istilik sistemi veriləcək. Ötən il isə bu rəqəm 3100 idi. Bundan başqa, 287 məktəb, 180 uşaq bağçası, 150 səhiyyə obyekti və 700 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 % artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub”, - deyə Rafiq Əliyev bildirdi. "Azəristiliktəchizat” ASC-nin sədri Bakının bu qışa tam hazır olduğunu bildirir. Rafiq Əliyev qış fəslində binaların qızdırılması ilə bağlı heç bir problemin olmayacağını vurğulayır: "Yaşayış məntəqələrinə və obyektlərə istilik noyabrın 15-dən verilməyə başlayacaq. Heç bir gecikmə olmayacaq”. Ziya Səccad BAKU.WS 

Oxşar xəbərlər

İlham Əliyevin göstərişinə əsasən evlər paylanmağa başlandı (FOTO, VİDEO)

İlham Əliyevin göstərişinə əsasən evlər paylanmağa başlandı (FOTO, VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşı...

4739 Sosial 10:53 30 oktyabr 2015

Son xəbərlər