Bu gün Bakıda 23 dərəcə istilik olacaq

Bu gün Bakıda 23 dərəcə istilik olacaq
Şou-biznes 702

 

Avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludlu, yağmursuz olacaq, arabir tutulacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan BAKU.WS-ə verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 26-31, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün hava buludlu olacaq

Bu gün hava buludlu olacaq

Bu gün Azərbaycanın bəzi yerlərində havanın temperaturu nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...

1142 Şou-biznes 09:00 20 avqust 2015

Son xəbərlər