Sabah 40 dərəcə isti olacaq
Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin günəşli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, rütubət gecə 70-80, gündüz 30-40 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 28-29 dərəcə olması gözlənilir.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabah temperatur 39 dərəcəyə yüksələcək
Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunaca...