Sabahdan istilər yenə qayıdır

Sabahdan istilər yenə qayıdır
Şou-biznes 853
 

Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz avqustun 12-14-də Abşeron yarımadasında gündüz zəif küləklərin üstünlüyü fonunda isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir.

BAKU.WS

Oxşar xəbərlər

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

"Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorol...

2 Şou-biznes 13:40 10 avqust 2015

Son xəbərlər