Sevda Ələkbərzadə II Dünya Müharibəsində döyüşən babasından yazdı
Əməkdar artist Sevda Ələkbərzadə babası ilə bağlı sosial şəbəkədə paylaşım edib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında babasının fotosu izləyiciləri ilə bölüşərək bunları yazıb:
"Mənim babam da II Dünya Müharibəsində döyüşüb. Onun yaşadıqları, çəkdiyi əziyyətlər və göstərdiyi igidlik ailəmizin yaddaşında əbədi iz qoyub. Onun timsalında cəbhədə canından keçən, qayıtmayan bütün şəhidlərimizin qarşısında baş əyirəm.
Bu gün azad, başı uca yaşamağımız üçün həyatını fəda edən hər bir qəhrəmanın ruhu qarşısında sonsuz ehtiramla minnətdarlığımı bildirirəm.
Sizin şücaətiniz və vətənə sevginiz heç vaxt unudulmayacaq. Qəhrəmanlarımız - əbədiyyətin sahibləridir".
Oxşar xəbərlər
İsti, yoxsa soyuq duş - Hansı daha risklidir?
Son illərdə gündəlik vərdişlər arasında duş qəbulunun temperaturu da diqqət mərkəzindədir. Bəzi insanlar soyuq su ilə duşu sağlamlıq üçün faydalı sayır, digərlə...