"Semaşko"da işıqsız gecə nələr baş verib? - RƏSMİ AÇIQLAMA
03
iyl
2018
12:49
Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalması xəstələrin sağlamlığına mənfi təsir etməyib.Bu barədə BAKU.WS-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib. Onun sözlərinə görə, xəstəxanada lazımı şöbələrdə generatorlar həmin dəqiqə qoşulub.“Generatorlar əsasən infeksion şöbə, doğum şöbəsi, Reanimasiya şöbələrində işə düşüb. Oksigen aparatları və digər həyatı əhəmiyyətli texniki vasitələr elektrik enerjisi ilə təmin edilib. Xəstəxanaların digər şöbələrində isə lazımı tədbirlər görülüb. Bütün palatalarda xəstə və həkimlər şam, eləcə də əl fanarları ilə təmin edilib. Elektrik enerjisinə qənaət olunsun deyə binanın bütün binalarında lapmalar yandırılmayıb. Xəstələrin səhhətində heç bir problem yaranmayıb”, - deyə Ədalət Dadaşov bildirib.Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələri bu gecə yaranmış elektrik probleminə görə "Semaşko"nun işıqsız qaldığını yazıb. Bildirilib ki, həkimlər məcbur olub əl fanarlarının köməyi ilə ilkin tibbi yardım göstəriblər.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
"Semaşko"da işıqsız gecə - Həkimlər əl fanarlarının ümidinə qaldı (VİDEO)
Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalması həkimlərin işində çətinlik yaradıb."Report" xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələr...