"Semaşko"da işıqsız gecə - Həkimlər əl fanarlarının ümidinə qaldı (VİDEO)
03
iyl
2018
11:10
Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalması həkimlərin işində çətinlik yaradıb."Report" xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanları 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib.Həkimlər məcbur olub əl fanarlarının köməyi ilə ilkin tibbi yardım göstəriblər.Elektrik cərayanı ilə qidalanan aparatlardan istifadə etmək mümkün olmayıb. Ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb Mingəçevirdəki "Azərbaycan" İES-də qəzanın baş verməsi olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə "Report"a açıqlamasında demişdi ki, Mingəçevirdə yarımstansiyasında baş verən qəzaya görə işığın sönməsi nəticəsində xəstəxanaların işində problem yaranmayıb.BAKU.WS
Oxşar xəbərlər
İşığın sönməsi xəstəxanaların işində hansı problemlər yaradıb? - Nazirlikdən RƏSMİ AÇIQLAMA
Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.Bu barədə Səhiyyə Nazirliyindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, ö...