"Xəzər" TV-nin xanım aparıcısı studiyada yıxılaraq xəstəxanalıq oldu
02
fev
2018
09:05
"Xəzər" televiziyasının aparıcısı studiyada yıxılaraq ağır xəsarət alıb.“Report” xəbər verir ki, hadisə fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra baş verib.1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada efirdən sonra yıxılıb. Nəticədə xəsarət alan aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qız qoca anasını stəkanla döydü
Bakıda qoca qadın qızı tərəfindən döyülüb.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi...