Bakı metrosunda dəhşətli hadisə-35 yaşlı kişi qatar relslərinin üzərinə düşdü (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.
BAKU.WS xəbər verir ki, "Report”a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov bildirib ki, xəsarət alan kişi hazırda komadadır.
Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
BAKU.WS
Oxşar xəbərlər
Sevil-Sevinc bacılarının avtomobillə vurduğu şəxsin vəziyyəti kritikdir FOTO
Bu gün səhər müğənni Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində yaralanan kişi 1 saylı Şəhər Kliniki Xəstəxanasının ("Semaşko”) reanimasiya...