Bakıda 64 yaşlı kişi özünü xəstəxanadan atdı
Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.
"Report”un xəbərinə görə, 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.
Faktı "Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: "Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.
Onun meyiti morqa təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 21 yaşlı qız intihar etdi
Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb. Bu barədə report-a rayon prokurorluğundan məlumat verilib. Məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü T...