Bakının yarısı işıqsız qaldı - Rəsmi açıqlama
Bakının bəzi hissələrinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb.
"Azərişıq" ASC Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə saatlarında dövlət şirkətinə məxsus 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasında baş vermiş qısa qapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb və Xətai rayonunun Mehmandarov, Məhəmməd Hadi, Gəncə prospekti və s. yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.
"Azərenerji" ASC və "Azərişıq" ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində baş vermiş fəsadlar aradan qaldırılaraq yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC abonentlərindən üzr istəyir.
BAKU.WS
Oxşar xəbərlər
“Azərişıq”: Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik...