Borclu abunəçilərə xəbərdarlıq: noyabrın 22-dən işığınız kəsiləcək

Borclu abunəçilərə xəbərdarlıq: noyabrın 22-dən işığınız kəsiləcək
Sosial 1849

 

"Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 2016-cı il noyabrın 22-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz olaraq və fərdi qaydada dayandırılacaq.

"Report" xəbər verir ki, bu barədə qurumun abonentlərə etdiyi xəbərdarlıqda deyilir.

Məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı qanunvericiliyə uyğun Şirkət tərəfindən ciddi tədbirlər görüləcək.

"Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur", - deyə müraciətdə qeyd olunub.

BAKU.WS

Son xəbərlər