Azərbaycanda xəstəxananın işığı kəsildi - Dializ xəstələri, küvezdə körpə var...
"Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib”.
BAKU.WS xəbər verir ki, bu barədə Report-a "Azərişıq” ASC-dən bildirilib.
Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: "Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir”.
Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib. Baş həkim Şəhrəbanu Məlikova bildirib ki, hazırda xəstəxanada 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpə var.
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda gözlənilməz hadisə - VİDEO
Bu gün saat 15.30 radələrində, Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında gözlənilməz hadisə baş verib. Sputnik-in hadisə yerində olan əməkdaşı...