“Azərişıq”: Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib
27
dek
2016
12:49
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Bu barədə "APA-Economics”ə "Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, bununla əlaqədar olaraq "Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb: "Yaranmış narahatlığa görə "Azərişıq” ASC abonentlərindən üzr istəyir”.
BAKU.WS
Oxşar xəbərlər
Borclu abunəçilərə xəbərdarlıq: noyabrın 22-dən işığınız kəsiləcək
"Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 2016-cı il noyabrın 22-də, saat 12:00-dan etibarən müvafiq...