Bakının bir hissəsinin işıqsız qalması ilə bağlı RƏSMİ AÇIQLAMA
"Azərişıq" ASC bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatının kəsilməsinə aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report-a bildirib ki, işıqların kəsilməsi müvəqqəti olub.
"Təchizatın kəsilməsi qış rejimindən yay rejiminə keçməyimizlə bağlıdır. Bundan başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur", - deyə o, qeyd edib.
Qeyd edək ki, bu gün paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Hətta bəzi işıqforlar da işləməyib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb
Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb. "APA-Economics” "Georgia Inform” portalına istinadən xəbər verir ki, bu barədə...