Şəhid Tural Ağcabəyovun arzusu gerçəkləşdi: Oğlu hərbçi oldu, qızı həkim olmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində Ağdamın müdafiəsində igidlik göstərən və şəhidlik zirvəsinə ucalan Tural Ağcabəyovun ailəsi Baku TV-yə onun xatirələrindən danışıb.
Şəhidin anası Səmayə Ağcabəyova bildirib ki, Tural müharibənin ilk günündən son gününə qədər döyüşlərdə iştirak edib və qalib kimi, bayraqlarla qarşılanıb:
"Vətən müharibəsinin ilk günündən axırına qədər müdafiədə oldu. Qələbədən sonra isə qalib kimi bayraqlarla, təntənə ilə qarşılandı. 2022-ci ildə "Qisas" əməliyyatında yaralandı, bir aya yaxın hospitalda qaldı. Amma yenə də israrımıza baxmayaraq döyüş yoldaşlarını tək qoymadı".
Anası, həmçinin oğlunun son günlərini belə xatırlayıb:
"Hər şey yaxşıdır, hələ ki, sağam, narahat olmayın", - deyirdi. Sonra ağır yaralandı, əvvəlcə Sarıcalıya gətirdilər. Vəziyyəti ağır olduğuna görə Bakıya çatdırmaq mümkün olmadı. Canı və qanı bahasına torpaqların alınmasında onun da zəhməti, əməyi var. Bu, mənim üçün böyük fəxrdir".
Şəhidin övladı atasının arzularını həyata keçirmək üçün çalışdığını bildirib:
"Böyük qardaşım atasının arzusunu yerinə yetirdi, hərbçi oldu. Mənim də arzum atamın dediyi kimi həkim olmaqdır. Atamla fəxr edirik".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Dövlət Yol Polisinin adından fişinq hücumları ilə bağlı AÇIQLAMA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keç...