Şəhid Məhəmmədin anası: "Dostuna şəhadətə ucalacağını demişdi"
Antiterror əməliyyatında sinəsini torpağa sipər edən qəhrəmanlarımızdan biri də əsgər Məhəmməd Xəlillidir.
Baku TV-nin şəhidimiz haqqında hazırladığı reportajda onun atası İlqar Xəlilov oğlu ilə son telefon danışığından söz açıb:
"Sonuncu dəfə doğum günündə danışmışdıq. Əvvəldən ad günü keçirmək üçün pul istəmişdi. Ona pul göndərmək yadımdan çıxdı. Həmin gün danışanda isə dedi ki, artıq ehtiyac yoxdur, biz təlimə gedirik".
Şəhidin anası Xoşqədəm Xəlilova isə Məhəmmədin Vətənini hər şeydən üstün tutduğunu deyib:
"Bacısının uşağı 5 aylıq idi. Dostuna demişdi ki, gəlib mənim yerimə onu oynadarsan. Dostu səbəbini soruşanda şəhid olacağını söyləmişdi".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Alim Qasımov Kəmaləddin Heydərovun yeni bəstələrini ifa edəcək
Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov...