Sanatoriya tikdirəcəyi deyilən deputat Mahir Aslanov: O şəxsi ora göndərməkdə səhv etmişəm
18
iyl
2018
15:23
Bu gün bəzi mətbuat orqanlarında 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəydiyi barədə xəbərlər yayılıb. Xəbərlərdə bildirilir ki, Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib və Mlli Məclisin deputatı malik olduğu Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsində iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.Məsələ ilə bağlı modern.az-a saytının əməkdaşı Milli Məclisin deputatı Mahir Aslanovla əlaqə saxlayıb. Deputat hazırda Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmədiyini bildirib: “Mənim 10 ildir ki, Naftalanda müalicə-sağlamlıq mərkəzim var. Ancaq bu mənim adıma deyil. Heç ora tikiləndə də mənim adıma olmayıb. Bir neçə gün bundan öncə bir nəfər məndən xahiş etdi ki, onu ora istirahətə göndərim. Mən də onu Naftalanda müalicə-sağlamlıq mərkəzinə göndərdim. Həmin adam da gedib dincəldikdən sonra gəlib bunu yazıb. Demək ki, həmin adamı ora göndərməkdə səhv etmişəm”.BAKU.WS
Oxşar xəbərlər
Naftalanda iki "VAZ" toqquşub - YARALILAR VAR (VİDEO)
Naftalanda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, "VAZ 2106" ilə "VAZ 2115" markalı avtomobillərin toqquşması n...