İsa Qəmbər müalicə üçün Türkiyəyə getdi
28
fev
2018
10:13
İsa Qəmbər xəstəxanadan evə buraxılıb.APA-nın məlumatına görə, bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb.Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbər daha dərindən müayinə və müalicə almaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.Onun özünü yaxşı hiss etdiyi bildirilir.Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili Zahid Oruc prezident olmaq istəyir
Milli Məclisin deputatı Zahid Oruc aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.O, “Qafqazinfo”ya bildirib ki, sənədlərini 2 gün ön...