Xalq artistinin oğlu: Bir gecəyə 1600 manat ödəyirik

Xalq artistinin oğlu: Bir gecəyə 1600 manat ödəyirik
Hadisə 8787

 

2 gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır.

Bu barədə lent.az-a tanınmış xanəndənin oğlu Hafiz Həmidov məlumat verib.

O bildirib ki, həkimlər müğənninin səhhəti ilə bağlı hələlik ümidverici söz demir: "Onda həm ürək, həm də böyrək çatışmazlığı var. Üstəlik, ürəyi ilə ağ ciyərinin arasına su yığıldığı üzə çıxıb. Bu azmış kimi, neçə gündür gecələr yata bilməməsi səbəbindən psixoloji durumu pozulub”.

Hafiz Həmidov əlavə edib ki, dövlət qurumlarına mətbuat vasitəsilə müraciət etsələr də, anası ilə maraqlanan və ya kömək edən olmayıb: "Əgər irəliləyiş olmasa, anamı bu xəstəxanadan çıxaracam. Məcburam Türkiyəyə aparım, çünki burada müalicə etdirmək çox bahadır. Reanimasiyadakı bir gecəsinə görə təxminən 1600 manat ödəyirik”.

Qeyd edək ki, Qəndab Quliyeva hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunur.

BAKU.WS

Son xəbərlər