Reanimasiyada yatan xalq artistindən yeni xəbər var
Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alan xalq artisti Muxtar Maniyevin vəziyyəti normallaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə M.Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva APA-ya açıqlamasında deyib.
"Hiss olunur ki, onun səhhətində irəliləyiş var. Həkimlər sağ olsunlar, əllərindən gələni etdilər. Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Hikmət Həsənov, Muxtarın həkimi Fəzilə Xalıqova böyük əziyyət çəkdilər, mən onlara minnətdarlığımı bildirirəm. Muxtarda qanazlığı var idi, aradan qaldırıldı. Huşu özündədir. Düzdür, hələ ki, reanimasiya şöbəsindədir, amma istəyirik, yaxın günlərdə evə aparaq”, - deyə aktyorun xanımı bildirib.
Qeyd edək ki, M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
BAKU.WS
Oxşar xəbərlər
Sağlam ayağı kəsilən qadın barədə yeni xəbər (VİDEO)
"İki gün əvvəl iltihablı ayağı da amputasiya edilən Tərlan Məmmədovanın həyatı təhlükəsi hələ də qalmaqdadır”. Bu barədə ANS PRESS-ə 87 yaşlı qadını əməliyyat...