Azərbaycanda vəzifəli şəxsin halı pisləşdi, xəstəxanada öldü
Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dünən gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlikram Həmid oğlu Mahmudovun qəflətən iş otağında halı pisləşib.
O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini izah edərək, təcili müalicə olunmasını tövsiyə ediblər. Ə. Mahmudov həkimin nəzarəti ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında dünyasını dəyişib.
İlkin məlumata görə, mərhum ürəyində yaranan problem səbəbindən vəfat edib. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova müalicə alması tövsiyə edilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda müəllim dərs vaxtı öldü
Qax rayonu Turaclı kənd sakini 51 yaşlı Babayeva Gülxar Nadir qızı Turaclı kənd məktəbində dərs keçdiyi vaxt halı pisləşib. BAKU.WS ARB Şəkiyə istinadən xəbə...