Azərbaycanda müəllim dərs vaxtı öldü

Azərbaycanda müəllim dərs vaxtı öldü
Hadisə 3176
 

Qax rayonu Turaclı kənd sakini 51 yaşlı Babayeva Gülxar Nadir qızı Turaclı kənd məktəbində dərs keçdiyi vaxt halı pisləşib. 

BAKU.WS ARB Şəkiyə istinadən xəbər verir ki, onu dərhal təcili tibbi yardım maşını ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Babayeva Gülxar təqribən bir saatdan sonra vəfat edib.

Xəstəxanadan verilən məlumata görə, ilkin ehtimala əsasən xəstə insultdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Tovuzda 70 yaşlı xəstə aptekə gedərkən yolda dünyasını dəyişib

Tovuzda 70 yaşlı xəstə aptekə gedərkən yolda dünyasını dəyişib

Tovuz sakini yolda vəfat edib. Hadisə rayonun Avaztəpə kəndində baş verib. Kənd sakini, 70 yaşlı Zahid Cəlilov avtomobildən düşərək öskürməyə başlayıb və bir m...

1277 Hadisə 23:33 01 mart 2017

Son xəbərlər