Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub
Sosial 5589
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin olunub.BAKU.WS-in məlumatına görə, bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.S.Əhmədova qeyd edib ki, bu vəzifəyə Bakı Sağlamlıq Mərkəzinin keçmiş baş həkimi Hikmət Həsənov gətirilib.H.Həsənov “Report”a açqılamasında bildirib ki, artıq dünəndən yeni vəzifəsinin icrasına başlayıb.O, publik hüquqi şəxs statusu alan Bakı Sağlamlıq Mərkəzində ixtisara düşdüyünə görə işdən çıxarıldığını deyib.Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş direktoru Leyla Seyidbəyli öz ərizəsi ilə vəzifədən azad olunub. Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub.Qeyd edək təyinatla bağlı ilk xəbəri unikal.org saytı yayıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda gözlənilməz istefa - Nazirlikdən RƏSMİ AÇIQLAMA

Azərbaycanda gözlənilməz istefa - Nazirlikdən RƏSMİ AÇIQLAMA

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Leyla Seyidbəyova özü bi...

6141 Siyasət 17:17 15 fevral 2018

Son xəbərlər