Samir Poladov: "Azad olunmuş ərazilərdə evlərdə, ağaclarda və su quyularında minalar tapılıb"

Samir Poladov: Azad olunmuş ərazilərdə evlərdə, ağaclarda və su quyularında minalar tapılıb
Sosial 15

"Müxtəlif rayonlarda tələ-partlayıcı qurğular da aşkarlanıb. Adətən bu cür tələlər heç gözlənilməyən yerlərdə yerləşdirilib. Məsələn, binaların girişlərində, qapı və pəncərələrin arxasında və başqa yerlərdə… "

BAKU.WS xəbər verir ki, bu sözləri ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 sessiyası çərçivəsində təşkil olunan "Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Həlledici Rolu" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, meşəlik ərazilərdə minalar aşkar edilib, ağaclara bərkidilmiş vəziyyətdə partlayıcı qurğular tapılıb.

"Mina və digər partlayıcı qurğular kanalların ətrafına da yerləşdirilib. Su quyuları və qədim yeraltı suvarma sistemi də bu risklərdən kənarda qalmayıb. Bu, olduqca unikal bir sistemdir və hələ də mövcuddur. Keçmişdə bir çox ərazilərdə məhz bu sistem suvarma üçün yeganə su mənbəyi olub. Buna görə də, hər dəfə kanalların yenidən qurulması aparıldıqda, biz həmin əraziyə daxil olur və təhlükəsiz bərpa işlərinin aparılması üçün bütün dəhlizi partlayıcı qurğulardan təmizləyirik"- deyə qurum rəsmisi əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər