Sağlam qidalanmanın 9 QAYDASI: Oruc tutanlar, ƏMƏL EDİN
Bu il Ramazan ayı mayın 27-də başlayır. Artıq bir neçə ildir Ramazan ayı isti fəsilə təsadüf etdiyindən xüsusən işləyən insanların diqqətli olması və balanslı qidalanması çox vacibdir.
Dietoloqlar bildirir ki, diqqət dağınıqlığı, baş ağrısı, əsəbilik və yorğunluq kimi mənfi hallarla qarşılaşmaq riskinin çox olduğu bu ayda yalnız işləyən insanlar deyil, oruc tutan hər kəs mütləq imsaka qalxmalıdır. Bu zaman bitki çayları içməyə üstünlük vermək məsləhətdir.
BAKU.WS xəbər verir ki, Ailem.az Ramazanda sağlam qidalanma ilə bağlı mütəxəssislərin məsləhət gördüyü 9 qaydanı sadalayır.
1. Mütləq imsaka qalxın
İmsaka qalxmasanız, sağlamlıq problemləri ilə qarşı-qarşıya qala bilər və xroniki yorğunluq yaşaya bilərsiniz. İmsaksız oruc tutduqda ac qalma müddəti artır, metabolik sürət aşağı düşür, halsızlıq, baş ağrısı, yorğunluq və diqqət dağınıqlığı baş verir. Uzun müddət və davamlı aclıqdan sonra iftarda həddindən artıq qida yeyilir. Gün ərzində qan şəkərinin düşməsini mane olmaq üçün imsakda həzmi yavaş olan və qida dəyəri yüksək qidalar yemək lazımdır.
2. Bol su içməyi unutmayın
Hər bədən hüceyrəsi, toxuması və orqanının suya ehtiyacı var. Bu səbəbdən də bədənin hər cür funksiyasını təmin etmək üçün su tələb olunur. Su əslində bədənin ən çox ehtiyac duyduğu qida elementidir. Bədəndəki maye miqdarının 20% azalması isə həyati risk meydana gətirir. Ramazan ayı müddətində su içmək miqdarı azalır. Bu səbəbdən də imsak və iftarda 1,5-2 l qədər su içmək məsləhətdir. Qısası, su, qidaların həzmi, qidaların qatılığı və daşınması, qida elementlərinin mübadiləsi nəticəsində yaranan artıq maddələrin xaric edilməsi, bədən istiliyinə nəzarəti, oynaqların fəaliyyətinin təmin edilməsi, elektrolitlərin daşınması üçün çox əhəmiyyətlidir.
3. İftar süfrəsində yeməyə deyil, söhbətə üstünlük verin
Gün boyu ac qalan mədə iftar vaxtı birdən-birə və sürətlə yüklənir. Bu hal bir çox sağlamlıq probleminə səbəb ola bilər. Ən əsası isə, ürək sağlamlığına da mənfi təsir edir. Az-az və tez-tez qidalanmaq lazımdır. Yemək yeyərkən tələsməyin.
4. İftarla imsak arasında iki ara pay yeyin
Gündəlik həyatımızda 5-6 dəfə yemək payı olur. Ramazanda bu say iki əsas paya düşür. Ona görə də iftardan yuxu saatına qədər 1-2 kiçik ara pay edin ki, maddələr mübadiləsinin işinə kömək olsun.
5. Qatıq, ayran iftar süfrəsinin inciləridir
İftar saatında orucunuzu su və xurmayla açdıqdan sonra ilk olaraq şorba, salat kimi yüngül qidalar yeyin. Əsas yeməyə keçməzdən əvvəl 5-10 dəqiqə ara verin ki, mədəniz rahatlasın. Əsas yemək olaraq nə yesəniz, mütləq yanında qatıq, ayran olsun.
6. Şirniyyatı təxirə salın
Yeməkdən 1-2 saat sonra hər gün olmamaq şərtilə meyvə və ya şirniyyat yeyə bilərsiniz. Lakin seçim edəcəyiniz şirniyyatın şərbətli və xəmirli olmamasına diqqət edin. Xüsusilə mövsüm meyvələrindən hazırlanan südlü şirniyyatlar və ya dondurma Ramazan ayının vazkeçilməz alternativləridir.
7. Qızarmış və duzlu qidalar qəbul etməyin
Qızartma və ya duzlu qida yeməyiniz gün ərzində çox susamanıza, su içə bilməyəcəyiniz üçün isə təzyiq və şiş kimi sağlamlıq problemlərinə yol aça bilər. İftar və imsakda qızartma, turşu, şoraba, sosis və xəmirli şirniyyatlardan uzaq durun.
8. Süfrənizdə çiy tərəvəz, meyvə olsun
Gün boyu qan şəkərinin düşməsinə mane olmaq, mədə boşalmasını gecikdirmək üçün imsakda zülal baxımından zəngin qidaların seçilməsi daha uyğundur. Bu səbəbdən də imsakda yağlı və kalorili ağır yeməklər yerinə yüngül səhər yeməkləri seçilməlidir. Burada meyvə və tərəvəz miqdarını artırsanız, toxluq hissi daha uzun müddət qorunmuş olar.
9. Bitki çaylarından faydalanın
İmsak və iftar sonrası içəcəyiniz bitki çayları həm maye qəbulunu dəstəkləyir, həm də həzm fəaliyyətlərinin nizamlı olmasına kömək edir. Xüsusilə imsakda içəcəyiniz darçınlı çay qan şəkərinizin düşməsinə mane olur. Eyni zamanda darçın mədənin gec boşalmasını təmin etdiyi üçün aclıq duyğusunun daha gec yaranmasına səbəb olur. Bitki çaylarından yaşıl çay uzun və davamlı aclıq nəticəsində yavaşlayan maddələr mübadiləsini sürətləndirir. İftardan sonra isə tərkibində bibəriyə, kəklikotu, nanə yarpağı, gilas sapı kimi bitkilər ehtiva edən çaylar içməyiniz, həzm sisteminizi dəstəkləyəcək, maddələr mübadiləsini sürətləndirəcək və gün ərzində su ilə bağlı meydana gələ biləcək şiş probleminizin azalmasına da dəstək olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bu şəxslər oruc tuta bilməz
"Oruc tutmaq insan üçün çox xeyirlidir. Bu dini ayin orqanizmin zərərli maddələrdən təmizlənməsində çox gözəl effekt verir”. Bunu Report-a açıqlamasında Azərba...