Hamı avtomobilini satmağa çalışır - QİYMƏTLƏR BAHALAŞACAQ?

Hamı avtomobilini satmağa çalışır - QİYMƏTLƏR BAHALAŞACAQ?
Açıqlama
Sosial 418

Bu həftəsonu avtomobil bazarında müşahidə olunan mənzərə diqqət çəkib.

BAKU.WS-in məlumatına görə, səhər saatlarından etibarən yüzlərlə sürücü maşınını satmaq ümidi ilə bazara axışıb və nəticədə əraziyə aparan yolda uzun tıxaclar yaranıb.

Park meydançasında isə boş yer tapmaq demək olar ki, mümkün olmayıb. Son günlər insanların kütləvi şəkildə avtomobillərini satışa çıxarması həm bazarda aktivliyi artırıb, həm də qiymətlərdəki dəyişikliklərlə bağlı sualları gündəmə gətirib. Hazırkı vəziyyət sürücülər arasında avtomobil bazarına marağın rekord həddə çatdığını göstərir.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib. BAKU.WS-ə açıqlamasında bildirib ki, avtomobil bazarında mövcud durum tələskən bir durumdur:

"Yanvar ayından hibrid və elektrik mühərrikli avtomobillərə olan güzəşt müddəti bitir. Bu avtomobillərə ƏDV-dən azadolma güzəşt müddəti bitir. Hazırda hər istəyir ki, avtomobilini yeniləsin.

Qeyd etmək lazımdır ki, hazırda bazarlarda yetərincə köhnə avtomobillər var. Hamı bu avtomobilləri satmağa çalışır. Təəssüflər olsun ki, hələ qiymətlər artmamış. bəzi işbazlar avtomobillərin qiymətində artıq 2000 manata qədər artımlar ediblər.

Yəni bu fərdi şəxslər tərəfindən ölkəyə gətirilən yeni hibrid avtomobillərə aiddir. Hamı başa düşür ki, qiymətlər növbəti ildən daha da artacaq və buna görə bazarda tələskən bir mövqeyə gətirib çıxarıb. Lakin maşın almaq istəyən şəxslər tələsik avtomobil sifariş verməkdən çəkinməlidir. Son zamanlar avtomobil gətirmək adı ilə dələduzluq halları da çoxalıb. Stabil qiymət və etibarlılıq baxımından rəsmi diller və salonlardan avtomobil almaq daha məqsədəuyğundur.

Azərbaycanda ikinci əl avtmobillərin bir il ərzində qiyməti 40 faiz aşağı düşmüşdü. Gözlənilən odur ki, bu avtomobillərin qiyməti də növbəti ildən 15-20 faiz bahalşacaq".

Orxan Hüseyn

Son xəbərlər