Əlilliyi olan şagirdlərin müavinətləri niyə verilmir?

Əlilliyi olan şagirdlərin müavinətləri niyə verilmir?
Video
Sosial 39

Paytaxtın Nizami rayonunda yerləşən 3 nömrəli xüsusi təhsil məktəbinin şagirdlərinə dövlət tərəfindən ayrılan müavinət 5 aydır ki yubadılır. Burada təhsil alan əlilliyi olan uşaqların valideynləri belə iddia edirlər.

BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, məktəbdə əlilliyi olan 780 şagird təhsil alır.

Valideynlər iddia edirlər ki, bununla bağlı dəfələrlə tədris ocağının maliyyə şöbəsinə müraciət etsələr də, onlara heç bir məlumat verilmir.

Məktəbdən isə bildirilib ki, direktor işdən azad edildiyindən onun səlahiyyətlərini təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Quliyeva icra edir.

Arzu Quliyeva ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb, onun məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırıldığı bildirilib. Məktəbin pedaqoji kollektivi də uşaqlara ayrılan müavinətlərin 5 aydır ləngidilməsi xəbərini təsdiqləyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 3 nömrəli xüsusi təhsil məktəbində uşaqlara ayrılan müavinətin verilməsinin yubanması ilə bağlı araşdırma aparılır.

"Məsələnin həlli ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır",- deyə idarədən qeyd olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər