Adapter yanğına səbəb oldu - Sumqayıtda mənzil qəfil alovlandı
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə şəhərin 6-cı mikrorayonunda, hündürmərtəbəli yaşayış binalarından birinin ikinci mərtəbəsində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
"Ani bir məqamda adapterdən od düşdü. Elə o saatda qonşular söndürdü. Allaha şükür, salamatlıqdır. Təzyiqim qalxmışdı, sağ olsun, həkimlər dərman verdi", - deyə zərərçəkən bildirib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İrana məxsus yanacaq maşını Qaxda aşıb
Qaxda yol qəzası olub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəndə baş verib...