Mərdəkanda bu saatlarda İŞIQ OLMAYACAQ
Mərdəkan qəsəbəsinin bir hissəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq "Şağan-1" yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.
Bununla əlaqədar olaraq 18 noyabr tarixində saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Jurnalistikanı bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər
Məhkəmələrdə Hüquqşünaslıq ixtisası ilə yanaşı bir neçə ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər. BAKU.WS "Report"a istinadən xəbər verir k...