Qərar verildi: Bütün dünyada oruc bir gün artıq tutulacaq
Bu il Ramazan Bayramının ilk günü üçün dünyanın fərqli ölkələrində 2 ayrı tarix təyin olunub.
BAKU.WS-in məlumatına görə, Türkiyə və Mavritaniyanın da içində olduğu bəzi İslam ölkələrində Ramazan Bayramının başlanğıc tarixi olaraq 5 iyul qəbul edilib. Bu gecə ay görünmədiyi üçün Səudiyyə Ərəbistanı, İraq və İordaniya, Misir, Livan, Qətər, Fələstin, Sudan, Küveyt, Suriya, Yəmən və Konqoda Ramazan Bayramı 6 iyul günü başlayacaq.
Səudiyyə Ərəbistanı tərəfindən açıqlanan bəyanatda deyilir: "Ramazanın 29-cu günü ay görünmədiyi üçün oruc bir gün daha artırıldı. Peyğəmbər əfəndimizin, "Hilalı görmədiyiniz zaman ramazanı 30 günə tamamlayın" hədisinə uyğun olaraq Ramazan ayının 30-cu günü oruc tutulacaq".
BAKU.WS
Oxşar xəbərlər
Bayram namazının vaxtı bəlli oldu
Ramazan bayramı namazı iyulun 6-da qılınacaq. Bu barədə ANS PRESS-ə Məşhədi-Dadaş məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi...