Məktəblinin şah damarını kəsib öldürdülər - Bakıda baş verən cinayətin DETALLARI
Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətindəki söhbətgahda baş verib.
İlkin məlumata görə, məktəbli yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib.
Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən...