Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb.
Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı.
Körpünün hər birinin uzunluğu 6 metr olan iki panton dayağı suda batmışdı. Bu səbəbdən piyadaların və nəqliyyat vasitələrinin keçidi mümkün olmayıb, sakinlər alternativ yoldan istifadə edərək əlavə 15-20 kilometr məsafə qət etməli olublar.
Qalereya
Oxşar xəbərlər
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza-bərpa işləri aparılacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, dekabrın 1-dən İmişli rayonundakı suvar...