Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək
27
avq
2026
14:27
Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir.
Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndləri və rayon mərkəzinin bəzi ərazilərinin (6250 əhali və 130 qeyri-əhali) qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Oxşar xəbərlər
Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq
Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərb...