Sabah Bakıda 19° isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Rusiyada Ermənistan istehsalı olan "Cermux" suyunun satışı qadağan edilib
"İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") tapşırığı ilə "Çestnıy znak" dövlət markal...