Sabah Azərbaycanın 2 rayonunda qaz olmayacaq

Sabah Azərbaycanın 2 rayonunda qaz olmayacaq
Sosial 211

Sabah Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı sabah saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bild...

159 Sosial 11:35 07 sentyabr 2022

Son xəbərlər