DİQQƏT! - Sabah Bakının bu hissəsində qaz olmayacaq

DİQQƏT! - Sabah Bakının bu hissəsində qaz olmayacaq
Sosial 212

Sabah Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli Magistral Qaz Kəmərinin bir hissəsinin dəyişdirilməsi və müəyyən hissələrinin dayaqlar üzərinə qaldırılması ilə bağlı, sabah saat 08:00-dan işlər başa çatanadək “Səngəçal”, “Sement zavod” QPS-lərdən və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Vətəndaşların nəzərinə! - Bu rayonlarda qaz OLMAYACAQ

Vətəndaşların nəzərinə! - Bu rayonlarda qaz OLMAYACAQ

Bu gün bəzi rayonlarda qaz olmayacaq. Bu barədə "Azəriqaz İB"dən BAKU.WS-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təz...

190 Sosial 11:53 21 iyul 2022

Son xəbərlər