Vətəndaşların nəzərinə! - Bu rayonlarda qaz OLMAYACAQ

Vətəndaşların nəzərinə! - Bu rayonlarda qaz OLMAYACAQ
Sosial 190

Bu gün bəzi rayonlarda qaz olmayacaq.

Bu barədə "Azəriqaz İB"dən BAKU.WS-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə 21.07.2022-ci il tarixdə saat 11:00-dan etibarən təmir işləri başa çatanadək “Oğuz” QPS-dən qidalanan “Turan qəsəbəsi” ölçü qovşağından və “Yaqublu” QPS-dən qidalanan “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatı dayandırılması planlaşdırılır.Təmir müddətində Oğuz rayonun tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var.

Oxşar xəbərlər

Azərbaycanın üç rayonunda qaz kəsiləcək

Azərbaycanın üç rayonunda qaz kəsiləcək

Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”...

202 Sosial 17:00 25 may 2022

Son xəbərlər