Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
“Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, "Azərneftyağ" (5/6sex)”, “SOCAR YDM-13”, “SOCAR YDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər
DİQQƏT! - Sabah Bakının bu hissəsində qaz olmayacaq
Sabah Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İst...